Ukraynadakı tələbələrimizin aqibəti necə olacaq?
“Hazırda Ukraynadan vətəndaşlarımızın gətirilməsi proseduru ilə bağlı bütün məsələlər Xarici İşlər Nazirliyi tərəfindən tənzimlənir”.
APA TV xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyi burada dəstəkverici rola malikdir: “Hazırda Ukraynadan vətəndaşlarımızın gətirilməsi proseduru ilə bağlı bütün məsələlər Xarici İşlər Nazirliyi tərəfindən tənzimlənir. Bütün bu işlərlə nazirlik yaxından əlaqədar olur. Bu məsələ ilə bağlı nazirlik tərəfindən bütün dəstəyimizi verəcəyik”
Nazir həmçinin bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması istiqamətində müzakirələr bu gün də davam edir. Bu il olmasa da, gələn il tələbələrin qəbulu planlaşdırılır.
Semral Cavad
Fariz Quluyev
APA TV
DİGƏR XƏBƏRLƏR
APA Group yeni mövsümə böyük yeniliklərlə başlayır
320 yeni iş yeri imkanı: “Meysari Grand Hotel & SPA”ya MEDİATUR TƏŞKİL OLUNDU
Yeni lokomotivlər ADY-nin yükdaşıma imkanlarını 2 dəfəyə qədər artıracaq