Ukraynadan dəhşətli görüntülər: Silah-sursat anbarı vuruldu
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Çerniqov vilayətində silah-sursat və hərbi texnika dolu anbarın məhv edilməsi videosunu yayıb.
APA TV TASS-a istinadən xəbər verir ki, anbara artilleriya zərbələri endirilib.
“Rusiya Ordusunun artilleriya bölmələri atəş hədəfinin vurulması çərçivəsində dəqiq zərbə ilə Ukraynanın raket-artilleriya anbarını və 20-yə qədər zirehli texnikasını məhv edib”, - Nazirliyin açıqlamasında deyilir.
Atəşin dəqiqliyi pilotsuz uçuş aparatının köməkliyi ilə korrektə olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu