Universitet müəllimi oğlunun qəbri üstündə vəfat etdi
Bakıda universitet müəllimi oğlunun qəbri üstə vəfat edib.
Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetindən məlumat verilib.
Bildirilib ki, Universitetin Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov oğlunun məzarını ziyarətə gedib. Qəbiristanlıqda alimin qəfildən halı pisləşib və ürəktutmasından dünyasını dəyişib. Qeyd olunub ki, əvvəllər onun səhhətində heç bir problem olmayıb. O, ötən gün universitetdə tələbələrə dərs deyib.
Xatırladaq ki, 70 yaşlı Ənvər İmanovun övladı ötən il dünyasını dəyişib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu