Vaqifin dəstəsi Meşəlinin ən yaşlı qadınını yandırdı, onu külündən tanıdılar

# 18:38
31 iyul 2023

 

Meşəlidə soyqırımı törətməkdə şübhəli bilinən Xaçatryanın həbsi ilə bağlı xəbər yayılan gündən Meşəli sakinlərinin göz yaşları qurumur. Kimi acı və dəhşətli xatirələr içində boğulduğu üçün ağlayır, kimi qisas yerdə qalmadığı üçün. Bəli, Xaçatryanın da daxil olduğu silahlı dəstə tərəfindən 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndinin azərbaycanlı sakinlərinə qarşı insanlıq əleyhinə ağır cinayətlər törədilib. İnsanlar işgəncələr məruz qalıb, öldürülüb, yandırılıb, böyük bir kənd məhv edilib və bu hadisə tarixin səhifələrinə Meşəli faciəsi adı ilə yazılıb. Meşəli faciəsində Novruzovlar ailəsində 5 nəfər vəhşicəsində qətlə yetirilib. Dəhşətli hadisədə Zəminə xanım atasını, anasını, qardaşını və iki bacısını itirib. Erməni mənfurları Meşəli faciəsində İbrahim Quliyevin atasını, anasını və qardaşını qətlə yetirib. Müsahibimiz Roza Qasımova da Meşəli faciəsini yaşayanlardandır. O deyir ki, mənfur düşmən qadına, uşağa, qocaya rəhm etmədən öldürüb. 1991-ci ildə Meşəli kəndinin müdafiəsində olan kənd sakinləri yaşanan dəhşəti belə xatırlayırlar. Meşəlidə yaşanan dəhşət zamanı İlham Kazımovun da atası qətlə yetirilib, özü isə yaralanıb. Elə həmin vaxt o, Vaqif Xaçatryan və onun dəstəsi barədə eşidib. Qeyd edək ki, 23 dekabr 1991-ci ildə Meşəli kəndində Ermənistan hərbi birləşmələri tərəfindən qətliam törədilib. Qətliam zamanı 25 nəfər öldürülüb, 14 nəfər yaralanıb. Meşəlinin əhalisindən 358 nəfər məcburi köçkün olub, kənd özü məhv edilib. Vaqif Xaçaturyan Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımını və deportasiyasını həyata keçirən, əli azərbaycanlıların qanına bulaşan silahlı dəstənin üzvlərindən biridir. O, qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. Xaçatryan sadalanan faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işi ilə bağlı axtarışda idi. Fuad NAzimoğlu, Mehdi Rəşid, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR