"Vaqner" bir neçə istiqamətdən irəliləyir, ağır döyüşlər gedir
Baxmut ətrafında vəziyyət çətin olaraq qalır.
APA-nın məlumatına görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.
Sırskinin sözlərinə görə, Rusiyaya məxsus "Vaqner" özəl hərbi şirkətin hücum dəstələri bir neçə istiqamətdən irəliləyir, Ukrayna qoşunlarının müdafiəsini yarıb şəhərin mərkəzinə doğru irəliləməyə çalışırlar.
"Şəhəri müdafiə edən döyüşçülərimizlə gərgin döyüşlərdə düşmən xeyli itkiyə məruz qalır. Düşmənin şəhəri ələ keçirmək üçün bütün cəhdlərinin qarşısı artilleriya, tank və digər silahlardan istifadə olunmaqla alınır” - Sırski qeyd edib.
O, qala-şəhərin müdafiəsinin davam etdiyini vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu