“VAZ” markalı maşın 5 avtomobilə çırpıldı
Gecə saatlarında paytaxtın Yasamal rayonunda sükut pozulub. Belə ki, Cəfər Cabbarlı küçəsində “Vaz 2107” markalı avtomobili idarə edən sürücü manevr qaydalarını pozaraq yüksək sürətlə yolda hərəkətdə olan Samir Talıbovun idarə etdiyi “Daewoo” markalı maşına çırpılıb. Samirə məxsus avtomobil isə yol kənarında dayanan “BMVV” və “mercedes” markalı avtomobillərə dəyərək dayanıb. “Vaz 2107” isə aşaraq yol kənarında dayanan “Kia” və “BMVV” markalı maşınlara dəyib. Zərbə o qədər güclü olub ki, “Vaz” da olan sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıb. Sürücülərin APA-nın hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, “Vaz”- idarə edən şəxs avtoxuliqanlıq edirmiş. Hadisə yerinə Polis əməkdaşları cəlb edilib. Sürücülərin izahatı alınıb. Yol kənarında hərəkətsiz dayanan avtomobillər isə binada yaşayan sakinlərə məxsus olub. Avtotexniki ekspertiza təyin edilib
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib