“Vaz2107” və “Mercedes” toqquşdu, 2 nəfər öldü – APA TV
Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Olay rayonunun Həsənqaya kəndi ərazisində qeydə alınıb. 90-DN-287 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobili ilə 99-UT-442 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı maşın toqquşub.
Nəticədə “VAZ-2107”də olan Seyidyusifli kənd sakinləri 38 yaşlı Qasımov Eldəniz Ələkbər oğlu və 39 yaşlı Qocayev Anar Rafiq oğlu aldıqları xəsarətlərdən ölüblər. 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyətləri orta ağırdır. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi