Vəhşi heyvanlar kişini meşədə PARÇALADI

# 14:28
19 noyabr 2022

Oğuzda meşədə parçalanmış kişi meyiti tapılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, bu gün gecə saatlarında Oğuz rayonunun Tayıflı kəndindəki meşəlik ərazidə meyit aşkarlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ölən şəxsin Tayıflı kənd sakini  62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən meyitin parçalanması müəyyən edilib.
 

Kənd sakinlərinin APA TV-yə verdiyi məlumata görə, Əbülfət Ağayev tək yaşayırdı, o bir-neçə gün əvvəl meşəyə odun yığmağa gedib.
 

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

 

VÜQAR HEYDƏROV, APA  TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR