Vətən müharibəsində yaralanan əsgərimiz şəhid olub
Vətən müharibəsində ağır yaralanaraq uzun müddət komada olan əsgər bu gün şəhid olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, Goranboy rayon Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü İsmayılov Əli Vaqif oğlu doğulduğu kənddə dəfn olunub.
Şəhidin nəşi öncə yaşadığı evinə gətirilib. Şəhidlə yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra şəhid Qaradağlı kənd qəbiristanlığına aparılıb.
Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin əsgər yoldaşları iştirak ediblər.
Tabuta bükülmüş 3 rəngli bayrağımız şəhidin atasına təqdim edilib.
Qeyd edək ki, Əli İsmayılov ailənin kiçik övladı olub.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV Goranboy
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik