Vətən müharibəsinə həsr olunan kitab dərc edildi - APA TV

# 19:47
21 iyun 2022

Bu günlərdə Vətən müharibəsindən bəhs edən “Fədakarlar bir amal uğrunda” kitabı təqdim olunub.

Kitabın müəllifi Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar birliklərinin üzvü Aydın Tağıyevdir.

Aydın Tağıyev həm də Azərbaycanda ilk zəfər marşının müəllifi, “Qarabağ həqiqətləri 1992-2020” layihəsinin rəhbəridir.

Bəs nə üçün fədakarlar? Niyə bir amal uğrunda? Yazıçı əsərin adı haqqında düşüncələrini belə açıqlayır...

Aydın Tağıyev yaradıcılığı bununla yekunlaşmır. “Qarabağ həqiqətləri 1992-2020” videolayihəsi də onun əl işlərindəndir.

Şəxsi təşəbbüsdən yaranan bu layihə çərçivəsində 20-dən çox ölkənin mətbu orqanlarında Qarabağ və Azərbaycan həqiqətlərindən bəhs edən 100-ə yaxın məqalə yayımlanıb.  

Mir Çingiz Ağazadə,
Ceyhun Mustafayev,
APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR