Vətəndaşın itirilmiş qazı necə bərpa olunacaq?

# 16:37
18 fevral 2022

“İşğaldan azad olunan ərazilərimizdə ilk olaraq Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması nəzərdə tutulub”.

 

Bunu “Azəriqaz” İstehsalat Birliyində keçirilən “Açıq qapı” aksiyası zamanı qurumun Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.

O bildirib ki, mart ayında Ağdam şəhəri üzrə layihələndirmə işləri başa çatacaq: "Gündəmdə hazırda Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması durur. Bununla əlaqədar olaraq həm magistral qaz xətlərinin çəkilməsi, eyni zamanda şəhərdaxili qaz xətlərinin şəbəkəsinin qurulması üçün layihələndirilmə işlərinə başlanılıb. Artıq həm Şuşa, həm də Ağdam üzrə yeni çəkiləcək qaz xətlərinin marşrut və dəhlizləri müəyyən edilib və sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib".

 

Qurumun Çağrı Mərkəzinin rəisi Xalidə Şimşək isə vətəndaşların ən çox ünvanladığı suallardan birinə - qaz sərfiyyatının az işlənməsinə baxmayaraq, ödənişlərin çox olması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Əgər sayğacdan sonra mənzil daxili sızma varsa, biz bütün qaz qurğularını bağlayıb yoxlatdırırıq. Görün sayğac işləyirmi baxmayaq ki, qaz qurğularını bağlamısınız. Aşkar olunur ki, mənzil daxili sızma var bununla da bağlı biz əməkdaş göndəririk”.

 

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə bildirib ki, "Qaz təchizatı haqqında" Qanuna dəyişiklikləri nəzərdə tutan layihə yaxın vaxtlarda Milli Məclisə təqdim olunacaq. Yeni qanun təsdiqini tapdıqdan sonra kənar müdaxilələr və itirilmiş qazın bərpası kimi məsələlərin həlli daha asan olacaq.

 

Qeyd edək ki, “Açıq qapı” aksiyası zamanı feysbuk üzərindən də vətəndaşların sualları cavablandırılıb.

 

Nərmin Murad

Kamran Namazov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR