Vətəndaşları görün necə tora salırlar

# 15:54
23 oktyabr 2023

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. DİN-in Mətbuat xidmətindən daxil olan müraciətdə deyilir ki, son vaxtlar ayrı-ayrı şəxslərə SMS, elektron poçt və veb səhifələr vasitəsilə bildirişlər göndərilərək onların uşaq pornoqrafiyası və kibercinayətlərdə iştirakı, yaxud belə əməllərin qurbanı olması, bununla əlaqədar fərdi məlumatlarını təqdim etməsi, ödəniş həyata keçirməsi kimi dələduzluq hərəkətləri qeydə alınır: "Əsasən reklam xarakterli bildirişlərə toxunan internet istifadəçisi müxtəlif elektron ünvanlara, yaxud hər hansı “e-mail” xidmətinin oxşar versiyasına yönəldilir. Xarici dövlətlərə aid mənbələrdən, eləcə də Europol və başqa polis təşkilatlarının adından istifadə edilməklə törədilən bu cür dələduzluq əməlləri insanların pul vəsaitinin və ya bank kartlarının ələ keçirilməsinə hesablanmışdır". DİN göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamağı, yönləndirilən saxta veb səhifələri açmamağı, orada ödəniş etməməyi, dərhal “102” Xidmətinə və onun sosial şəbəkə hesablarına müraciət etməniz tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR