“VİP” adı altında qurulan pul tələsi – Bizi necə aldadırlar? - VİDEO

# 21:27
18 dekabr 2021

İndi ən çox rast gəldiyimiz sözlərdən biri də VİP-dir. Əslində bu sözün mənası “çox önəmli insan” deməkdir. Ancaq Azərbaycanda nədənsə bu söz “daha çox pul xərcləyən insan” anlamı daşıyır.

Hansısa otelə, restorana, kafeyə VİP müştəri kimi getsən, normaldan 2-3 qat artıq xərcin çıxacaq. Bu əslində bütün dünyada belədir. Ancaq bizdə vəziyyət bir az başqa cürdür. VİP müştərilərə təqdim edilən xidmət, şərait, menyu və s. sadə müştərilərə təklif edilənlərlə demək olar ki, eynidir. Bir-iki yüngülvari detalı çıxsaq, fərqli nəyəsə nadir yerlərdə rast gəlinər.

Buna görə də bəzi insanlar əslində VİP xidmət anlayışının tələ olduğunu düşünür.

Restoran və kafe sahəsi üzrə mütəxəssis Səbinə Məmmədova deyir ki, əksər iaşə müəssisələrində VİP otaqlarla sadə otaqlar arasında menyu və xidmət baxımından ciddi fərq olmur.

İqtisadçı ekspert Eldəniz Əmirov isə söylədi ki, hələlik Azərbaycanda bu sahədə yetərincə rəqabət formalaşmayıb.

Mütəxəssislər məsləhət görür ki, VİP xidmət adı altında qurulan pul tələlərinə düşməmək üçün təklif edilən paketi öncədən öyrənmək lazımdır. Onların fikrincə, belə məqamlara diqqət edən müştərilərin sayının azlığı, əhali arasında bu cür məsələlərlə bağlı savadlılıq dərəcəsinin yetərsiz olması bəzi işbazlar üçün fürsət yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR