Volkov Qarabağdan gedir
Rusiya Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlılarının komandanı Andrey Volkovu vəzifəsindən azad edir.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Rusiya hakimiyyəti Volkovun işindən razı deyil.
Mətbuat onun yerinə təyin olunacaq şəxsin adını çəkməyib. Bildirilib ki, general-polkovnik rütbəsində olan həmin şəxs Rusiya Müdafiə Nazirliyində kifayət qədər tanınır və müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir.
Onun yaxın günlərdə Qarabağa gələcəyi bildirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu