Xaçmaz sakini meşədə plantasiya saldı

# 12:26
2 sentyabr 2022

Xaçmazda 1 ton 254 kiloqram narkotik tərkibli çətənə bitkisi qanunsuz dövriyyədən çıxarılıb.

 

DİN-in  Mətbuat Xidmətinin Quba regional  qrupundan  APA TV-yə verilən məlumata  görə, Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz  əməliyyat-axtarış tədbirləri nəticəsində  rayon sakini Kamal Qəribov saxlanılıb. Həmin şəxsin meşə sahəsində ümumi çəkisi  1254  kiloqram olan 350 ədəd qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq edərək becərdiyi məlum olub. Bundan başqa həmin yerdən 5 kiloqrama yaxın narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və  məhkəmənin qərarı ilə Kamal Qəribovun barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR