Xaçmazda eradan əvvəl 2-ci minilliyə aid yaşayış məskəni tapıldı

# 19:12
31 avqust 2021

Xaçmaz rayonunda e.ə II minilliyə orta tunc dövrünə aid yaşayış məskəni tapılıb.

 

APA TV-nin şimal bürosuna bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Xaçmaz arxeoloji ekspedisiyasının rəhbəri Döyüş Musayev məlumat verib.

 

Onun sözlərinə görə, ümumilikdə Xaçmazın Şollar kəndi ərazisində 4 təpə aşkarlanıb. Arxeoloji qazıntılar zamanı “Ayxantəpə”dən saxsı qablar, kül, sümüklər, daş alətlər, kömür tapılıb. D.Musayev deyib ki, abidədə birinci təbəqə 9-12 əsrlər aiddir. İkinci təbəqənin tarixi isə orta tunc dövrünə - e.ə II minilliyə aiddir.

 

Arxeoloji ekspedisiyasının rəhbərinin sözlərinə görə, burda divarlar aşkarlanıb. “Ehtimal olunur ki, bura qədim şəhər olub. Ərazinin tarixinin daha dəqiq araşdırılması üçün  arxeoloji qazıntı işlərinin davam etdirilməsinə ehtiyac var. Bundan əlavə rayonun Həsənqala kəndində 1977-ci ildə aşkar edilən tarixi abidə də tədqiqat işləri davam etdirilib.

 

Burada 2018-ci ildən arxeoloji qazıntılara başlanılıb. Qazıntılar nəticəsində məlum olub ki, yaşayış məskənində üst təbəqə IX-XIII əsrlərə aiddir. Ondan sonrakı təbəqədə antik dövrə aid maddi mədəniyyət nümunələri aşkarlanıb. Hazırda aparılan qazıntı işləri isə erkən tunc dövrü, Kür-Araz mədəniyyətinə aid təbəqəni üzə çıxarıb.

 

Hər iki abidə də arxeoloji tədqiqat işlərinin davam etdirilməsinə ehtiyac var.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR