Xaçmazda yük və minik maşınları toqquşdu
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Armudpadar kəndi ərazisində qeydə alınıb. “BMW" və "Toyota Prado" markalı minik avtomobilləri ilə "KamAZ" markalı yük maşınlarının toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov ölüb. Quba rayon sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev isə ağır dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib