Xaçmazda Zəfər parkı tikilir

# 14:30
18 may 2021

Azərbaycan xalqının Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, eləcədə sakinlərin mənalı istirahətini təmin etmək məqsədilə Xaçmaz rayonunda Zəfər parkı inşa edilir. Müasirliyi ilə seçiləcək istirahət məkanının yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Heydər Əliyev prospektində inşa edilən Zəfər parkı 4 hektar ərazini əhatə edir. İstirahət mərkəzi müasir layihə əsasında inşa edilir. Parkda şanlı qələbəmizi özündə əks etdirən Zəfər muzeyi və internet kitabxana da yaradılır. Bundan başqa, ərazidə süni göl, fontan, müxtəlif ictimai iaşə obyektləri fəaliyyət göstərəcək.

Parkda müxtəlif idman qurğuları, velosiped zolağı, uşaqların əyləncəsi üçün atraksionlar, eləcədə açıq havada müxtəlif tədbirlərin təşkili məqsədi ilə səhnə də yaradılacaq. Hazırda Zəfər parkında son tamamlanma işləri gedir.

Sakinlər yeni parkın istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirlər.

Ümumilikdə istirahət məkanında 11 min kvadratmetr ərazi tamet, 15 min kvadratmetr sahə isə yaşıllıq zonası olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR