Xaçmazda zəncirvarı qəza olub
Bu gün axşam saatlarında Xaçmaz şəhərində zəncirvarı qəza baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
"Audi" markalı nəqliyyat vasitəsi yolun kənarında dayanan 4 maşınla toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu