Xalq artisti 35 ildən sonra yenidən İsa bulağında

# 15:50
25 sentyabr 2021

Qonaqlı-qaralı Şuşamız var bu gün. Hərdən gözlərinə inan bilmirsən ki, vüsala çatmısan. Düşünürsən ki, yuxudur. Sonra gözlərini qırpmadan elə hey baxırsan, dağına-daşına, bulaqlarına, keçdiyin küçələrə. Şükür edib, yoluna davam edirsən. Və heç gözlənilmədən, kameranın obyektivinə dəyərli sənətkarımız, xalq artisti Rasim Balayev tuş gəlir.

 

İkimizdə sevincliyik, dilim dolaşır, yaxınlaşmağa ürək etmirəm. Gözləyirəm ki, pilləkənləri qalxsın. Beləcə özünün də dediyi kimi, 35 ilik fərqlə İsa bulağında olmasının sevincini bizimlə bölüşür: “Gözümüz aydın olsun. Xoşbəxtik. O, qədər həyəcanlıyam ki, çox sözüm var. Fikirlərimi ümumiləşdirib qısa demək istəyirəm ki, ümidim yox idi Şuşaya gələrəm. Bu illər ərzində bütün bayramlarda və yaxud yeni ildə soruşublar ki, arzunuz nədir. Deyirdim ki, arzum burdur ki, Qarabağı geri qaytaraq. Görürdüm 1, 2, 10, 20 il ötür... Bir az ruhdan düşmüşdüm, deyirdim deyəsən bu alınmayacaq. Çox şükür ki, mən yanıldım. Adətən adam yanılanda peşman olur. Burda isə tam əksi, yanıldığıma sevindim. Allah Prezident İlham Əliyevə can sağlığı versin, çox sağ olsun. Şəhidlərimizin, qazilərimizin hesabına nəhayət biz torpaqlarımızı aldıq. Qürurluyam, sevincliyəm. 1986-cı ildə mən İsa bulağında olmuşdum, şəkil çəkdirmişdim, bir də indi şəkil çəkdirdim. İndi yolum Cıdır düzünədir. Gedim torpağını qucaqlayım öpüm”.

 

Çəkilişə göstərdiyi dəstəyə görə, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə və Daxili İşlər Nazirliyinə təşəkkür edirik.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR