Xalq artisti Rəmiş vəfat etdi
Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.
Bu barədə APA TV-yə onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.
O, R. Hüseynovun bu dəqiqələrdə vəfat etdiyini deyib.
Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik