Xamenei hicab qadağası ilə bağlı mövqeyini dəyişir? - “Onlar da bizim qızlarımızdır”

# 14:30
5 yanvar 2023

İranın Ali Rəhbəri Seyid Əli Xamenei ölkədə qadınların hicab taxması barədə yeni mövqeyini açıqlayıb.

Bir qrup qadın ictimai fəallarla görüşdə dini lider bildirib ki, İranda tələb edildiyi kimi, hicabla saçlarını tam örtməyən qadınları dinsizlikdə və inqilaba qarşı olmaqda ittiham etmək olmaz və hicabı düzgün geyinməyən qadınlar da onların qızlarıdır. “Hamımız çatışmayan cəhətlərə sahibik, bunları mümkün olduğu qədər aradan qaldırmalıyıq, - deyə Xamenei əlavə edib.

Bəzi siyasi ekspertlər isə bu açıqlamanın əslində etiraz aksiyalarını yatırtmağa hesablandığını düşünürlər.

 

Xatırladaq ki, ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmini hicabını düzgün taxmadığı iddiası ilə əxlaq polisi tərəfindən zorakılıq göstərilərək həbs edildi. Məhsa Əmini polis nəzarətində olarkən dünyasını dəyişdi. Bu hadisə həm ölkə daxilində, həm də xaricdə ciddi narazılıqlara səbəb oldu. Qadınlar etiraz əlaməti olaraq baş örtüklərini açdılar və etiraz aksiyaları sürətlə ölkənin dörd bir tərəfinə yayıldı. Rejimin bütün səylərinə və amansızlıqla güc tətbiq etməsinə baxmayaraq, aksiyalar hələ də davam etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR