Xarici jurnalistlər Şuşaya səfər edib
Xarici KİV nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, nümayəndə heyətinə 12 ölkədən - Ukrayna, Moldova, Türkiyə, Fransa, Niderland, Çexiya, ABŞ, Misir, Əlcəzair, Şimali Kipr, Malayziya və Yaponiyadan 26 KİV nümayəndəsi daxildir.
Əcnəbi jurnalistlər Şuşa şəhərinin erməni işğalı dövründə dağıntılara məruz qalmış tarixi abidələrinin qalıqlarına baxıblar. Onlar Şuşanın qala divarlarını, Cıdır düzünü və digər tarixi məkanları ziyarət ediblər.
Habil Aslanoğlu, APA TV
DİGƏR XƏBƏRLƏR
APA Group yeni mövsümə böyük yeniliklərlə başlayır
320 yeni iş yeri imkanı: “Meysari Grand Hotel & SPA”ya MEDİATUR TƏŞKİL OLUNDU
Yeni lokomotivlər ADY-nin yükdaşıma imkanlarını 2 dəfəyə qədər artıracaq