Xarici səyyahlar doğma torpaqlarına qayıdan talışlılara yaradılan şəraitlə tanış olub
Dünyanın 14 ölkəsini təmsil edən səyyahlar qrupunun Tərtərə səfəri başlayıb. 14 ölkədən 35 nəfərlik nümayəndə heyəti Ağdam şəhərinə səfəri başa çatdıqdan sonra, Tərtər rayonunun Suqovuşan qəsəbəsinə gəlib. Qonaqlar Suqovuşan qəsəbəsində aparılan tikinti quruculuq işləri ilə tanış olub. Daha sonra səyahətçilər Tərtərin Talış kəndində olub. Nümayəndə heyəti Talış kəndinin işğaldan azad olunduqdan sona necə bərpa olunduğunu izləyib, 30 ildən sonra doğma torpaqlarına qayıdan talışlılara yaradılan şəraitlə tanış olub. Səyahətçilərin sabah Kəlbəcər və Laçın rayonlarına səfəri planlaşdırılır. Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu