Xersonda soydaşlarımız arasında itkilər varmı? - RƏSMİ
“Bu gecə saat 03.00-dan başlayaraq saat 08.30-a qədər Rusiya ordusu hava qüvvələrinin də dəstəyi ilə Xerson vilayətinə geniş miqyaslı hücum həyata keçirdi”.
Bunu APA-ya açıqlamasında Ukrayna Xerson Azərbaycanlıları Diaspor Təşkilatı Ağsaqqallar Şurasının sədri Əlimərdan Kərimov bildirib.
Əlimərdan Kərimov bildirib ki, külək və qarın kəsməsi hava qüvvələrindən istifadə edilməsi üçün əlverişli zəmin yaradıb. Əsas hücum dəniz limanları istiqamətindən olub. Hücum nəticəsində Xerson şəhəri, Belozyorsk rayonu da daxil olmaqla, vilayətin əksər yaşayan məntəqələri Rusiya Ordusunun nəzarətinə keçib. O cümlədən Belozyorsk rayonunun Çernobayevka kəndi yaxınlığında yerləşən Xerson Beynəlxalq Hava Limanı və hərbi aerodrom da Rusiya Ordusunun nəzarətindədir.
Ə. Kərimov qeyd edib ki, Xerson vilayət və şəhər rəhbərliyi ilə əlaqə saxlayırlar, şəhərdə hazırda elektrik, qaz, su yoxdur: “Biz soydaşlarımızı evlərində qalmağa çağırmışıq. Hər tərəfdən mühasirədə olduğumuz üçün hazırda nisbətən təhlükəsiz məkan evlərdir. Şükür, hələ soydaşlarımız arasında tələfat və xəsarət alanlar yoxdur”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib