Zaqatala sakinlərindən Türkiyəyə qardaş köməyi
Türkiyədə baş verən dəhşətli zəlzələdən zərər görmüş vətəndaşlara yardım məqsədilə keçirilən aksiya Zaqatala rayonunda da həyata keçirilir. Artıq ikinci gündür ki, Zaqatalada hər kəs yumruq tək birləşərək qardaş ölkəyə yardım edir.
Aksiyaya qoşulmaq istəyən vətəndaşlar üçün Zaqatala rayon Mədəniyyət mərkəzində qərargah yaradılıb. Rayon sakinləri səhər saatlarından etibarən qərargaha axın edib. Dəstək kampaniyasına qoşulan vətəndaşlar isti geyimlər, həmçinin müxtəlif zəruri əşyalar gətirir.
Toplanan əşyalar könüllülər tərəfindən seçilir və qablaşdırılır.
Qarlı və soyuq havanın olmasına baxmayaraq rayon sakinləri yardım məqsədilə əlindən gələni əsirgəmir və kampaniyaya böyük rəğbət göstəriblər.
Qeyd edək ki, baş vermiş güclü zəlzələ nəticəsində evləri dağılan sakinlərə yadım kompaniyasında bölgənin digər rayonları da yaxından iştirak edir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu