Xidmətdə olan polisi MAŞIN VURDU
Bakıda yol polisini avtomobil vurub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, hadisə bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpektində qeydə alınıb.
Polis serjantı Ramin Ağamalıyev ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub. Yaralı dərhal Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib, vəziyyəti normaldır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib