Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb
Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.
APA TV-yə xəbərinə görə, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.
Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
FHN-dən APA TV-yə bildirib ki, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.
Axtarış-xilasetmə işləri davam edir.
Hadisənin səbəbləri dəqiqləşdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU