Xocavənddəki qəzada yaralananların 11-i Türkiyə vətəndaşı imiş
Xocavənd rayonu ərazisində baş verən qəzada yaralananların vəziyyəti açıqlanıb. Bakı Sağlamlıq Mərkəzindən APA TV-yə verilən məlumata görə, mərkəzə qəza nəticəsində müştərək travmalarla 13 nəfər yerləşdirilib. Onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.
Hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də məlumat yayıb. Hazırda baş verən qəza ilə bağlı araşdırmanın aparıldığı bildirilir.
Xatırladaq ki, ötən gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 21 nəfər xəsarət alıb.
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu