XTQ kəşfiyyat tapşırıqları yerinə yetirib: TƏLİM DAVAM EDİR
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissələri ilə keçirilən təlimin növbəti mərhələləri üzrə tapşırıqlar icra edilib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar yerinə yetirilib.
Aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi üzrə fəaliyyətlər icra edilib.
Plana uyğun olaraq xüsusi hazırlıqların yoxlanılması paralel davam etdirilir, o cümlədən yüksək dağlıq, meşəlik ərazilərdə döyüş tapşırıqlarının icrası və çətin maneələr sisteminin dəf edilməsi üzrə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yoxlanılır.
Xüsusi təyinatlıların təlimi davam edir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu