Xüsusi təyinatlılarımızın qürurverici nəaliyyəti – APA TV
Türkiyədə Azərbaycan hərbçilərinin də qatıldığı "Erciyes-2023" təlimləri başa çatıb.
Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, təlimlərdə həm gecə, həm də gündüz müəyyən olunmuş koordinatlarla paraşüt tullanışları həyata keçirilib, şərti düşmən məhv edilərək ərazinin təhlükəsizliyi təmin edilib. 2 gün davam edən təlimdə 9 ölkədən 652 personal qatılıb, 5 təyyarə və 354 müxtəlif növ silahlardan istifadə olunub.
“Erciyes-2023” təlimində əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib