Yağış yağır, internet yoxa çıxır - Heç Mozambikdə də belə şey yoxdur
İnternet həyatımızın mühüm bir parçasına çevrilib. Ancaq virtual yardımçımız bəzən bizi yarı yolda da qoya bilir. İnternetin sürətinin zəif olduğunu gördükdə bəzi onlayn vasitələrlə sürəti ölçməyə çalışırıq. İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirir ki, bu vasitələrin göstərdiyi nəticələr aldadıcıdır. Ekspert qeyd edir ki, internet problemi provayderlərdən və onların quraşdırdığı modemlərdən qaynaqlanır. Ekspert internetin sürətinə hava şəraitinin də təsir edə biləcəyini deyir. Bu təsirin özü də internet qurğularının keyfiyyətindən asılıdır. O bəzən mobil internetin daha sürətli olduğunu qeyd edir. Beləliklə, məlum olur ki, ölkədəki internet probleminin səbəbi provayderlər və qurğulardır. Ancaq alınan ödəniş müqabilində vətəndaş keyfiyyətli internetlə təmin olunmur, bu isə öz növbəsində çoxlu suallar yaradır. ORXAN ASLAN KAMRAN NAMAZOV APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib