Yanacaq-sürtkü anbarında baş verən yanğın SÖNDÜRÜLDÜ

# 16:10
14 dekabr 2022

Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yanacaq-sürtkü məhsulları saxlanılan anbarda yanğın baş verib.

 

FHN-dən verilən xəbərə görə, yanğının baş verdiyi ərazidə tezalışan maddələrin mövcudluğu səbəbindən genişlənmə riskinin yüksək olmasına baxmayaraq, yanğınsödürənlərin çevik müdaxiləsi sayəsində alovun yayılmasına imkan verilməyib.

 

Hadisə nəticəsində vətəndaşa məxsus kafenin dam örtüyünün yanar konstruksiyaları 30 kvadratmetr sahədə və 1 ədəd pəncərə çərçivəsi, yaxınlıqda olan köməkçi tikilinin yanar konstruksiyaları, kafenin ərazisində yığılmış hər birinin tutumu 1 ton olan dizel yanacağı ilə dolu 40 ədəd plastik çəllək, vətəndaşa məxsus “Mercedes” markalı yük avtomobilinin yanar hissələri və banında plastik çəlləklərdə olan 10 ton dizel yanacağı yanıb.

 

Kafenin böyük hissəsi və yaxınlıqda dayanan “Kamaz” markalı avtosistern yanğından mühafizə olunub.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR