Yaralılar xəstəxanaya yerləşdirildilər – APA TV
Ağdamda iki nəfər minaya düşüb. Hadisə rayonun işğaldan azad edilmiş Əliağalı kəndi ərazisində qeydə alınıb. 59 yaşlı Bağırov Mirfəttah Bağır oğlu və 51 yaşlı Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hər iki şəxs ayağından xəsarət alıb. Mina partlayışı nəticəsində xəsarət alan Mirfəttah Bağırov Bərdə, Xəqani Teymurov isə Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu