Yarım milyonu mənimsəyən qadın görün kimdir?
Azərbaycanda tanınmış qadın sahibkar yarım milyonluq mənimsəmədə ittiham edilir.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, iddiaya əsasən, Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Ayparə Dadayeva işlədiyi “Sara Group” MMC-dən 451 min manat mənimsəyib. İttihama görə, o, bu ilin yanvar-mart ayları ərzində şirkətdə anbardar işləyərkən şirkətə məxsus gübrələri sataraq pulunu şəxsi istifadəsi üçün götürüb.
Artıq şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və şikayət üzrə araşdırma aparılır.
Qeyd edək ki, Ayparə Dadayeva tütünçülüklə məşğul olan fermer kimi tanınıb. O, 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi