Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı – BALAKƏNDƏ

# 12:31
5 aprel 2021

Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

APA TV-nin yerli bürosundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Rayon sakini Arifə Tahirovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxslə izahedici söhbətlər aparılıb, tibb işçilərinin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.

Arifə Tahirova barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR