Yeni “Bayraktar DİHA”nın özəllikləri: Satış rekordu qıracaq
Türkiyənin “Baykar” şirkəti yeni pilotsuz uçuş aparatını “Bayraktar DİHA”nın son test uçuşlarının görüntülərini yayıb. APA TV Türkiyə mediasına istinadən xəbər verir ki, uzunluğu 1,5 metr olan aparatın qanadları 5 metr, uçuş çəkisi 30 kiloqrama çatır və ağırlığı 5 kiloqramı keçmir. 12 saata qədər havada qala bilər və maksimum uçuş məsafəsi 150 kilometrdir. DİHA ilə şirkətin əvvəlki modelləri arasındakı fərq şaquli uçuş və enmə imkanıdır. Mühəndislər bildiriblər ki, onun başqa modellərdən fərqləndirən digər səbəbi isə təkcə hərbi təyinatlı olmamasıdır. “Bayraktar DİHA”dan mülki ərazilərdə polislər də istifadə edə bilər. “Baykar” “Bayraktar DİHA”nın satış rekordu qıracağına inanır.
Xatırladaq ki, şaquli uçuş və eniş pilotsuz uçuş aparatının təqdimatı Türkiyədə keçirilən “Teknofest-2021” Beynəlxalq Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində baş tutub.
Fuad Sadıqov APA TV
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?