Yeni jurnalist vəsiqəsinin hansı üstünlükləri olacaq?

# 17:12
12 oktyabr 2022

Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

APA TV xəbər verir ki, Memorandumu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid imzalayıblar. Sənədə əsasən, cəmiyyətdə media savadlılığının artırılması sahəsində birgə layihələrin icrası, jurnalistlərin informasiya almaq hüququnun təmin edilməsi istiqamətində imkanların artırılması, mediada dərc olunan və ya yayımlanan informasiyanın məzmununa dair hüquqi tələblərin, həmçinin, Azərbaycan jurnalistlərinin etik davranış qaydalarının tətbiqi istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

Əməkdaşlıq memorandumu Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılmasını, xarici təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə tədbirlər görülməsini, bu istiqamətdə birgə layihələr, konfranslar, təlimlər və seminarların təşkilini əhatə edir.

 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun sözlərinə görə, media reyestri yaxın günlərdə istifadəyə veriləcək.

 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru həmçinin bildirdi ki, hazırda istinadla bağlı monitorinq aparmaq üçün proqram təminatı mövcuddur.

 

Əhməd İsmayılov onu da qeyd etdi ki, Media reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı məhdudiyyət olmayacaq:

 

Mətbuat Şurasının sədri Rəşad Məcid isə bildirib ki, qurumun yeni seçilmiş idarə heyətinin ilk addım kimi Medianın inkişafı Agentliyi ilə belə bir memorandum imzalaması media sahəsinə öz töhfəsini verəcək.

 

Qeyd edək ki, Mətbuat Şurası və Medianın inkişafı Agentliyi ilə birgə bu mövzuda təhlillər aparılır. Bundan sonra əldə edilmiş məlumatlar əsasında hansı layihələrin həyata keçirilməsi müəyyənləşdiriləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR