Yeni kənd təsərrüfatı naziri kimdir?
Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Məcnun Məmmədov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2004-2006-cı illərdə isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.
O, buna qədər “PASHA Holding”in tərkibindəki “Grand-Agro” MMC-nin direktoru olub.
Məcnun Məmmədov bundan əvvəl bank sektorunda direktor vəzifəsində çalışıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi