Yeni Napoleonlar unutmamalıdır ki, Azərbaycanla bu dildə danışmaq olmaz - Tural Gəncəliyev
“Dünən Senatın qəbul etdiyi qətnamə Fransa tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq, hörmətsizlikdir”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.
Deputat qeyd edib ki, Fransa beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atır: “Ümumiyyətlə, Fransanın bundan sonra BMT TŞ-nin üzvü kimi hansı üzlə sülhdən danışacağına təəccüb edirik. Fransanın bu addımı regionda dayanıqlı sülhün yaradılmasına ciddi zərbə vurur. Belə bir sənəd Ermənistanda revanşist qüvvələrə imkan yaradır. Fransa Senatında oturan yeni Napoleonlar unutmamalıdır ki, Azərbaycanla bu dildə danışmaq olmaz. Fransa Senatının qətnaməsinin dili olduqca absurddur. Azərbaycan öz ərazisindən öz ordusunu necə çıxara bilər?! Çox yaxşı olar ki, Senat belə sənədləri qəbul etməzdən əvvəl Sarbonna Universitetindən bir hüquq tələbəsi çağırıb məsləhət alsın”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu