Yevlaxda həkimi kimlər öldürüb - Xəstə kimi gəlib, əvvəlcə həyətdə söhbət ediblər - YENİ TƏFƏRRÜAT

# 18:21
11 yanvar 2023

Ötən gün gecə saatlarında 3 nəfər naməlum şəxs tərəfindən 65 yaşlı həkim yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib.

 

Hadisə şəhərin Əhmədağa Baxşıyev küçəsində qeydə alınıb. Yevlax sakini 65 yaşlı Bəyaz Cabbarov yaşadığı evdə bıçaqlanıb.

 

İkin məlumatlara görə, hadisəni 3 nəfər şəxs törədib. Onlar Bəyaz Cabbarovu həyətə çağırıblar. İlk öncə evin həyətində dalaşıblar daha sonra evin birinci mərtəbəsində otağa daxil olublar. Otaqda həkimə 21 bıçaq zərbəsi vurublar. 

 

Qətlə yetirilən həkimin doğmaları onun heç kimlə ədavəti olmadığını bildiriblər.

Ağır bədən xəsarətləri alan 65 yaşlı Bəyaz Kərimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, qətlə yetirilən Bəyaz Cabbarov 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində çalışıb. 2017-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR