Yol polisləri körpənin həyatını belə xilas etdi - ANBAAN VİDEO
Bakı-Quba yolunda avtomobildə qıcolma keçirən körpənin köməyinə Baş Dövlət Yol Polisi İdarəsi, Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları (Saray postu) çatıb. DYP-dən APA TV-yə verilən məlumata görə, azyaşlının qəfildən vəziyyəti pisləşib və valideynləri YPX əməkdaşlarına müraciət edib. Dərhal müdaxilə edən inspektorlar partul avtomobili ilə körpəni xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra azyaşlının həyati təhlükəsi aradan qalxıb. Körpənin valideynləri YPX əməkdaşlarına təşəkkürlərini bildiriblər.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib