Yük maşını “VAZ 2107” ilə toqquşdu
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. APA-TV -nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "QAZel" markalı yük maşını ilə "VAZ 2107" markalı minik maşını toqquşub. Nəticədə yük maşını aşıb. Qəza nəticəsində hər iki sürücü və minik maşınında olan bir nəfər xəsarət alıb. İlkin ehtimallara görə, qəzaya səbəb avtomobillərdən birinin qarşı hərəkət zolağına çıxması olub. Faktla bağlı Baş Dövlət Yol polisi idarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu