Sabirabad sakininin evi yandı
Sabirabadda evdə yanğın olub.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Qaratəpə kəndində baş verib. 1949-ci il təvəllüdlü Şükürov Arif Mütəllim oğluna məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət, ümumi sahəsi 160 kv/metr olan fərdi yaşayış evinin 50 kv metr tavan hissəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və bitişik köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xoşbəxtlikdən hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi fərdi yaşayış evinin daxilinə çəkilmiş elektrik naqillərində baş vermiş qısa qapanma olması güman edilir.
Əlibəy Zeynallı, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu