Zabratda qəribə yol: Qonşuya getmək üçün uzun yol qət edirlər

# 14:22
3 may 2023

Heç kimə sirr deyil ki, son illər paytaxt Bakıda və ətraf ərazilərdə aparılan irimiqyaslı quruculuq işləri nəticəsində şəhərimiz gözəlləşib. Yenidənqurma və abadlıq işlərinin yüksək səviyyədə aparıldığı ərazilərdən biri də Bakının Sabunçu rayonudur. Lakin təəssüflə qeyd etmək lazımdır ki, ətraf qəsəbələrin heç də hamısında vəziyyət yaxşı deyil. Belə qəsəbələrdən biri də Zabrat qəsəbəsidir. Qəsəbə sakinləri artıq uzun müdətdir ki, dairəvi yolun ləğv edilməsindən gileylənirlər. Onların bu gileyinə məhəl qoyan da tapılmır ki, tapılmır.

Sakinlər deyir ki, yol bağlandığından vaxtında nə mənzil başına çata bilirlər, nə də yola yanacaq çatdıra bilmirlər.

Qəsəbənin problemləri bununla da bitmir. Belə ki, ərazidə normadan böyük dairə salınıb. Bu da yolun daralmasına səbəb olub. Bu görə də sakinlərin elə bir günü yoxdur ki, qəzasız, bəlasız ötüşsün. Elə kadrdan da gördüyünüz kimi, əksər hallarda burada avtomobillər uzun məsafə qət etməmək üçün məcburiyyətdən arxa-arxaya hərəkət edirlər. Sakinlər sadalanan problemlərlə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini desələr də, heç bir nəticə olmayıb.Sakinlərin problemini dinlədikdən sonra Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Zənglərimizə cavab verən olmadı. Sorğumuzu da göndərdik. Çox təəssüf ki, mövcud problemin həlli ilə bağlı şifahi də olsa, cavab ala bilmədik. Daha sonra Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxldıq. Qurumun mətbuat katibi Mais Ağayev bildirdi ki, qeyd edilən ünvanda yol hərəkətinin təşkilində olunan dəyişiklik Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilmədiyindən, həlli də təmsil etdiyi qurumun səlahiyyətləri xaricindədir. Və bütün bunlardan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Mətbuat katibi Anar Nəcəfli sözügedən problemin təmsil etdiyi quruma aidiyyatı olmadığını bildirdi.

Bax, burada necə deyərlər, Kərəmi ağlamaq tutur. Necə ola bilər ki, bu boyda ölkədə, özü də bir hissəsi magistral yola birləşən yolda dairə ləğv edilir, amma sözügedən qurumların bundan xəbəri olmur? Sizcə də gülməli səslənmirmi? Sən etmədin, mən etmədim, bəs kim etdi? Niyə qurumlar məsələni bir-birlərinin üzərinə atmaqla yaxalarını kənara çəkirlər? Niyə bu gün vətəndaşın üzləşdiyi problemi həll etməkdən boyun qaçırırlar? Çətindirmi yolu əvvəlki vəziyyətinə qaytarmaq? Bəli, bütün bu suallarımıza cavab ala bilmədik. Təkcə onu bildik ki, hələ vətəndaşlar bu yolda çox zülm çəkməli olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR