Zaqatala camaatının marağına səbəb olan 74 yaşlı kəndirbaz
Ömrünün 65 ilini kəndir üzərində keçirən 74 yaşlı Zaqatala rayon sakini kəndirbaz Rəşid Hüseyn oğlu Ələkbərov Zaqatala ərazisində çox məşhurdur.
Respublikamızın rayonlarını qarış-qarış gəzən qocaman kəndirbaz özünü dərk edən gündən atası Hüseyn kişini və qardaş-bacılarını bu sənətlə məşğul olan görüb. Odur ki, özündə də kəndirbazlığa maraq artıb. Atasından bu sənətin hər bir incəliklərini dərindən öyrənir.
Ötən əsrin 90-cı illərində baş verən qəza nəticəsində kəndirbaz Rəşid dayı ağır yanıq xəsarətləri alır və bir gözünün görmə qabiliyyətini itirir. Bu onu sevimli peşəsindən uzaqlaşdırmır. Kəndirbaz atasının ona miras qoyub getdiyi sənəti öz tələbələrinə də sevə-sevə öyrədir.
Rəşid Ələkbərov sovetlər birliyində Respublikamızdan kənarda Rusiya və başqa sovet respublikalarında da ip üzərində çıxışlar edib. Fransaya səfəri zamanı isə geniş tərkiblə 45 günlük konsert proqramı ilə çıxış edib.
Kəndirbazlıq sənəti ilə mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə, Rəşid Ələkbərova ötən əsrin 80-ci illərin sonunda əməkdar mədəniyyət işçisi fəxri adı verilib.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu