Zaqatala və Balakənə böcək hücumu: “belə getsə, təsərrüfatlar məhv olacaq”

# 20:20
25 yanvar 2023

Azərbaycanın Gürcüstanla həmsərhəd rayonlarında zərərverici  böcəklər yayılır.

 

Son  illər ərzində Azərbaycanın şimal-qərb bölgəsində, Gürcüstanla həmsərhəd rayonları olan Balakən və Zaqatala rayonlarının sərhəd xəttinə yaxın yaşayış məntəqələrində Qəhvəyi mərmər bağacığı adlanan böcək kütləvi şəkildə yayılmağa başlayıb. Bu həşəratlar əsasən aprel və may aylarında bir çox ağac, kol və bitkilərin yeni əmələ gələn pöhrələrinə ziyan verir. Nəticədə bitkilər inkişafdan dayanır, quruyaraq məhv olur, məhsuldarlıq azalır.

 

Qəhvəyi mərmər bağacığı adlanan böcəyi Azərbaycanda yetişən 100-dən çox bitkiyə zərər verə bilir.

 

Sakinlərin sözlərinə görə, zərərverici böcəklər son illər hava və nəqliyyat vasitəsi ilə qonşu Gürcüstandan ölkəmizin ərazisinə keçib.

 

Balakən və Zaqatalada yaranan son durumla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssislər rayonlara ezam olunaraq əhali və fermerlər ilə maarifləndirici söhbətlər aparırlar.  Qurumun əməkdaşları Qəhvəyi mərmər bağacığı böcəyinin yuxuladığı və sığındığı yerləri aşkar edərək onların mexaniki yolla məhv edilməsi istiqamətində tədbirlər görürlər.

Yerli sakinlərin sözlərinə görə, vəziyyət belə davam edərsə yaz aylarında fermerlərin əkin sahələrindəki ağac, bostan  və bitkiləri ciddi təhlükə gözləyir.

Hal-hazırda Azərbaycanın Gürcüstanla sərhəd-keçid məntəqəsi olan Mazımçay Gömrük postunda dezinseksiya işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR