Zaqatalada itləri kim öldürüb?
Zaqatala şəhərinin Qala Düzü yaşayış ərazisində itlərin zəhərlənərək öldürülməsi ilə bağlı yayılan görüntülər böyük müzakirələrə səbəb olub.
Həm sosial şəbəkələrdə, həm də şəhər sakinləri arasında itlərin zəhərlənməsi ilə bağlı qınaqlar var. Yerli sakinlər bildirirlər ki, səhər saatlarında məktəbə gedən şagirdlər, müəllimlər və işə gedən vətəndaşlar sahibsiz itlərin hücumuna məruz qalır. Amma bu heyvanların öldürülməsi üçün əsas deyil.
Problemin həlli üçün daha sivil addımlar atılmalıdır.
İtlərin kütləvi şəkildə ölməsi ilə bağlı rayonun hüquq-mühafizə orqan əməkdaşları baytar həkimi ilə birgə baxış keçirib. İlkin rəyə əsasən itlərin ölümünə infeksion xəstəlik səbəb olub.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Zaqatala şəhəri Qala Düzü adlanan yaşayış məhəlləsində itlərin kütləvi şəkildə ölməsi ilə bağlı görüntülər yayılıb. Görüntülərdə itlərin zəhərlərək öldürüldüyü bildirirlir.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub