Zaqatalada kürsülü ev yandı
Zaqatalada fərdi yaşayış evində yanğın olub.
Səhər saat 09:45-də rayonun Qımır kəndində, kənd sakini Həzrətəli Yusif oğlu Mahmudova məxsus, ümumi sahəsə 130 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin 32 kv/m-lik bir otağının tavanı, həmin hissəyə aid dam örtüyü və otaqda olan ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib