Zaqatalada minik avtomobili yoldan çıxaraq aşdı
Zaqatalada minik avtomobili aşıb, üç nəfər xəsarət alıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə səhər saat 8 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan 3 nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Yaralılardan ikisi qardaşdır. Onlar rayonun Üçüncü Tala kənd sakinləri - 1985-ci il təvəllüdlü Cuma Nizami oğlu Xəlilov və 1992-ci il təvəllüdlü Rəsul Nizami oğlu Xəlilovdur. Digər yaralının isə Qax rayon sakini olduğu bildirilir.
Zaqatala RMX-dan bildirilib ki, Yaralılardan Rəsul Xəlilovun üzərində cərrahiyyə əməliyyatı aparılıb vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti orta-stabil qiymətləndirilir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi